Basqal qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Kamran Məlikzadənin məlumat bloqu
Sunday, October 26, 2014
Sunday, October 19, 2014
Saturday, October 18, 2014
Friday, October 17, 2014
Demokratik təhsil uğrunda! (Mətn forması)
Azərbaycan Respublikası Təhsil Nazirliyi
İsmayıllı
rayonu Təhsil Şöbəsi
Rəmzi
Novruzov adına Basqal
qəsəbə tam orta məktəbinin ingilis
dili müəllimi
Məlikzadə
Kamran Salman oğlunun
ELEKTRON TƏHSİL
MÜSABİQƏSİ ÜZRƏ
PEDAQOJİ TƏDQİQAT
İŞİ
Mövzu:
“Xarici dil dərslərində
təhsilin demokratikləşdirilməsi məsələləri”
GİRİŞ
Mövzunun aktuallığının əsaslandırılması: Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra təhsil sistemində də əsaslı islahatlar həyata keçirilmişdi. Azərbaycan təhsil sistemi aşağıdan yuxarıya qədər demokratik prinsiplər əsasında idarə olunmağa başlanılmışdır. Eyni zamanda, təhsil siyasətimizin başlıca dövlət prinsipləri müəyyənləşdirildi ki, bu prinsiplər əsasında Azərbaycan təhsil sisteminin gələcək inkişafının təmin olunması istiqamətində zəmin formalaşsın və ən əsası, təhsil demokratik prinsiplər əsasında qurulsun.
Dahi Öndərimiz
Heydər Əliyev demişdir
ki, təhsil sistemində islahatların
əsas məqsədi ondan
ibarətdir ki, Azərbaycan təhsil
sistemi dünya təhsil
sisteminin standartlarına uyğunlaşdırılsın. Buna
görə də, on illərlə əldə
etdiyimiz təhsil prinsipləri
gözlənilməli və inkişaf
etdirilməlidir. Əgər biz bu
yolla gedəriksə, qısa bir
zamanda Azərbaycan təhsil sistemini
dünya standartlarına çatdıra
bilərik.[1]
Məhz bu demokratik prinsiplər aşağıdakı
cədvəldə göstərilən istiqamətlərdə həyata
keçirilir:
Azərbaycan təhsil
sisteminin demokratik prinsiplərin istiqamətləri
|
1. Dövlət təlim-tərbiyə müəssislərində şagird
və ya tələbə özünüidarələri yaradılır.
|
2. Onlar özlərinə
aid olan məsələləri
müzakirə edirlər.
| |
3. Təlim-tərbiyə müəssisələrində təhsil
işlərinin idarə olunmasında
ictimai qurumlar iştirak
edir.
| |
4. Rayon, şəhər və ölkə
miqyasında təhsil orqanları
yanında təhsillə əlaqəsi
olan tərəflərin nümayəndələri müvafiq
qurumların tərkibinə daxil
edilir və s.
|
Azərbaycan Respublikasının təhsil sistemində dövlət siyasətinin başlıca prinsiplərindən biri kimi demokratikləşmə zaman dəyişdikcə yeni aktuallıq kəsb edir. Bu prinsip:
- Məktəbi, təhsilin forma və metodlarını, fənləri və onların öyrədilməsi müddətlərini seçməkdə uşaqlara və valideynlərə sərbəstlik verir;
- Uşaqların arzu və qabiliyyətlərinə uyğun olaraq təhsilin təmayüllü və variantlı təşkilinə şərait yaradır;
- İdarəetmənin formal strukturlarını, inzibati-amirlik metodlarını rədd edir;
- Məktəbə sosial təsisat statusu verir və s.
Müasir təhsil təcrübəsi
sübut edir ki, demokratiyanın potensialından təhsil
sistemində də istifadə etmək
lazımdır.
Təhsilin problemlərini
həll etmək üçün
bir tərəfdən təhsil
kollektivini, digər tərəfdən isə
valideynləri bu prosesə
cəlb etmək lazımdır. Bunun üçün
orta təhsil müəssisələri
rəhbərlərinin və ali məktəb rəhbərlərinin
təyinatında demokratik prinsiplərdən
istifadə edilməlidir və s.
Tədqiqatın məqsədi: Mövzunun aktuallığı
və əhəmiyyəti nəzərə
alınmaqla tədqiqatın məqsədi
müəyyən edilir. Tədqiqatın
əsas məqsədi mövcud
mənbələr və məlumat
bazası əsasında xarici
dillərin tədrisində təhsilin
demokratikləşdirilməsi məsələlərini
araşdırmaq,
demokratikləşdirmənin ümumilikdə Azərbaycan
təhsil sistemində əsas
istiqamətlərini, formalarını və nəticələrini
öyrənməkdir.
Tədqiqatın vəzifələri: Tədqiqatın məqsədinə
uyğun olaraq aşağıdakı
vəzifələri göstərə bilərik:
- Xarici dil dərslərinin təşkilində demokratik prinsiplərin tədqiq edilməsi;
- Demokratikləşməni nəzərdən keçirmək, onun mahiyyətini , xüsusiyyətlərini və formalarını araşdırmaq;
- Demokratikləşmənin beynəlxalq təhsil əhəmiyyətli xarakter daşımasını göstərmək, Azərbaycan təhsil sistemində yerini tədqiq etmək;
- Problemin qoyuluşu və mahiyyətini araşdırmaq;
- Problemin ədəbiyyatda qoyuluşunu öyrənmək;
- Problemin məktəb təcrübəsində qoyuluşunun nəzəri və praktik əsaslarının öyrənilməsi;
- Təlim prosesində və təlimdənkənar məşğələlərdə təhsilin demokratikləşdirilməsinin reallaşdırılması və s.
Tədqiqatın
obyekti: Tədqiqatın obyektinin
əsasını demokratik təhsil, təhsilin demokratikləşdirilməsi anlayışı
və onun formalaşması
tarixi və xarici
dil dərslərində olan
xarakteristikasıdır.
Tədqiqatın
predmeti: Tədqiqatın predmeti
təhsilin demokratikləşdirilməsi və
bu istiqamətdə həyata
keçirilən üsul və
vasitələrdir.
Tədqiqatın
metodologiyası:
Yuxarıda qeyd etdiyimiz
vəzifələrin yerinə yetirilməsində bir
sıra nəzəri metodlardan
istifadə edilmişdir. Tədqiqat prosesində
ümumməntiqi metodlardan – analiz,
sintez, induksiya, deduksiya, ümumiləşdirmə
və s.-dən istifadə
etməklə yanaşı müqayisəli
və sistemli təhlil
üsullarına da istinad
olunmuşdur.
Tədqiqatın
praktik əhəmiyyəti: Tədqiqat
işi aşağıdakı məsələlərin
həllində yardımçı ola
bilər:
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər hökümət və yaxud özəl strukturların əməli fəaliyyətində;
- Müvafiq profil üzrə mütəxəssislər hazırlayan ali məktəblərin müəllim və tələbələri üçün mühazirə-məşğələ və kursların keçirilməsində və s.
Tədqiqatın strukturu: Qoyulmuş məqsəd
və vəzifələrə əsasən
tədqiqat işinin strukturu
giriş, iki fəsil (I fəsildə üç
paraqraf, II fəsildə iki
paraqraf olmaqla), nəticə,
istifadə olunmuş ədəbiyyatın
siyahısı və mənbələrdən
ibarətdir. Nəticə hissəsində
tədqiqat zamanı əldə
edilən elmi-nəzəri ümumiləşdirmələr və təkliflər öz əksini tapmışdır.
TƏLİM
PROSESİNDƏ TƏHSİLİN DEMOKRATİKLƏŞDİRİLMƏSİNİN
ELMİ-PEDOQOJİ ƏSASLARI
1.1 Problemin qoyuluşu və mahiyyəti.
1.1 Problemin qoyuluşu və mahiyyəti.
Problemin qoyuluşuna nəzər salmazdan əvvəl təhsilin
demokratikləşdirilməsi sözündəki 2
komponentə diqqət yetirək - “təhsil” və
“demokratiya”.
Müasir dövrdə təhsilə verilən təriflərin nəzərə çarpan nöqsanlarından
biri hələ də təhsil və təlim anlayışlarının eyniləşdirilməsi, bəzənsə onların
heç də bir- birlərindən fərqlənmədikləri barədə mülahizələrin formalaşmasıdır. Misal
üçün qeyd edək ki, 1964-cü ildə çap edilmiş “Pedaqogika” kitabında belə bir
tərif verilir: "Təhsil uşaqların bilik, bacarıq və vərdişlər sisteminə
yiyələnməsi, bu zəmin üzərində onlarda dünyagörüşünün yaranmasıdır".
Məlumdur ki, didaktika təhsilin məqsədi, məzmunu, vəzifələri,
vasitələri, qanun və prinsipləri, təşkil formaları, metodları haqqında elmdir. Təhsil anlayışı 2 mənada - geniş
və dar mənalarda işlədilir. Geniş mənada təhsil-insanların ümumiyyətlə bilik, bacarıq
və vərdişlərə yiyələnməsidir. Dar mənada isə təhsil təlim prosesinin nəticəsi
kimi,bu prosesdə qazanılmış bilik,bacarıq və vərdişlər sistemi kimi başa
düşülür[2].
Təhsilin məzmunu isə onun qarşısında duran məqsədə çatmaqdan ötrü
vasitə yerində çıxış edir. Bəzi alimlər onun məzmununun məqsəd zəminində
müəyyən edilməsi fikrini birtərəfli hesab edir və göstərirlər ki, bu, zəruri
şərt olsa da, kafi şərt deyil. Ona görə ki, təhsilin məzmunu təkcə məqsədlə
deyil, həm də elmin inkişafı, şagirdlərin xüsusiyyətləri kimi digər şərtlərlə
müəyyən olunur[3].
Eyniləşdirmə probleminə xarici pedaqoji nəşrlərdə də rast gəlmək
mümkündür. Təhsil anlayışının nəinki təlim hətta, tərbiyə məsələsi ilə də
eyniləşdirilməsi halları mövcuddur. Belə ki, V.S.Ladnevin fikri buna bariz bir
misal ola bilər, o, qeyd edir ki, ontogeniz cəhətdən şəxsiyyətin biososioloji
formalaşması prosesi kimi sosial mahiyyətli təcrübənin əvvəlki nəsil tərəfindən
sonrakı nəsillərə mütəşəkkil və normalaşdırılmış şəkildə verilməsi prosesi
təhsildir.
Milli pedaqoji nəşrlərdə də müxtəlif təriflərə rast gəlmək mümkündür.
Misal üçün, Ş.Əsgərovun qənaətincə, “təhsil insanın” dövlətin, cəmiyyətin
mənafeyinə xidmət edən, dövlət tərəfindən müəyyən edilmiş təhsil səviyyəsini
əks etdirən bilik, bacarıq və vərdişlərin fərdlərə öyrədilməsilə başa çatan
fasiləsiz, məqsədyönlü tədris və təlim prosesidir” .
Son dövrlərdə milli pedaqogikamızın təhsil anlayışına verdiyi tərif
daha dəqiq və mükəmməldir. Qeyd edilir ki, “təhsil-xalq təsərüffatının tərkib
hissəsi kimi, müvafiq tədris müəssisəsində müəyyən müddətdə məqsədyönlü, planlı
və mütəşəkkil öyrənilən, tərbiyə və inkişaf imkanlarına malik olan, təlimin həm
zəruri şərti, həm də nəticəsi olan sistemləşdirilmiş biliklərin, bacarıqların
və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin məcmusudur”[4].
Digər bir komponent isə“demokratiya” sözüdür. Gəlin bu anlayışa da
diqqətlə nəzər salaq. Demokratiya termini "xalq hakimiyyəti"
anlamında olub, yunanca demos - "xalq" və kratos -
"hakimiyyət" sözlərindən yaranmışdır. Demokratik quruluşlu dövlətdə
hakimiyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə
formalaşır və vətəndaşların insan haqlarını, hüquq bərabərliyini təmin edir.
Azərbaycanda və ümumiyyətlə Şərqdə ilk demokratik dövlət 1918-1920-ci illər
aralığında mövcud olan Azərbaycan Cümhuriyyəti hesab olunur[5].
- Demokratiyanın əsas prinsipləri kimi;
- Xalqın suverenliyini;
- Əsas insan hüquqlarına təminatı;
- Azlığın hüquqlarının müdafiəsini;
- Qanunun aliliyini;
- Qanun qarşısında bərabərliyi və s. göstərmək olar.
Bütün bu və digər
prinsiplər demokratik cəmiyyətdə formalaşır.Fərdiyyətçi bir sistem kimi hər bir
fərdin şansı onu öz bacarığından və digər toplum üzvlərinin fəaliyyətindən
asılıdır.
Təhsilin
demokratikləşdirilməsi isə bu iki komponentin cəmindən doğan bir anlayış olub
özündə geniş bir məna daşıyır. Azərbaycan Respublikasının Təhsil Qanununda da
göstərildiyi kimi təhsilin demokratikləşdirilməsi təhsil sahəsində dövlət
siyasətinin başlıca prinsiplərindən biridir. Bu prinsip:
- məktəbi, təhsilin forma və metodlarını, fənləri və öyrədilməsi müddətlərini seçməkdə uşaqlara və valideynlərə sərbəstlik verir;
- uşaqların arzu və qabiliyyətlərinə müvafiq olaraq təhsilin təmayüllü və variantlı təşkilinə imkan yaradır;
- idarəetmənin formal metodlarını rədd edir;
- məktəbə sosial təsisat adı verir;
- təhsilin idarəedilməsinin ictimai xarakter daşımasını tələb edir və s.
İstər milli, istərsə də beynəlxalq təhsil
təcrübəsində,aparıcı dövlətlərin ictimai və pedaqoji dairələrində təhsilin
demokratikləşdirilməsi məsələsi diqqət mərkəzindədir. Bu problemə iki müxtəlif
baxış mövcuddur. Biri eqilitarizm (yəni, ümumi bərabərlik) - ümumi təhsilin eyniliyi
ideyasına əsaslanır. Digəri isə, şagirdlərin
fərdi xüsusiyyətlərini, meyl və maraqlarını nəzərə almaqla təhsil prosesinin
diversifıkasmı (diferensiasiyasım)nəzərdə tutur. Sonuncu baxışın tərəfdarları
belə hesab edirlər ki,məktəbdə təhsilin daha maraqlı qurulması üçün təhsil
alanların təhsilə olan ehtiyacları öyrənilməlidir. Bu, təbii ki, həm də
cəmiyyətin ehtiyacı deməkdir. Belə bir tələbatın öyrənilməsi nəticasində əldə
edilən məlumatlar təhlil edilir,düzgün layihələşdirmənin aparılması üçün təhsil
monitorinqi həyata keçirilir. Bunun əsas mərhələləri aşağıdakılardan ibarətdir:
1. Təhsilin diaqnostikası; 2. Proqnozlaşdırma;
3. Korreksiya
Ən nəhayət, bütövlükdə təhsilin məzmunu və
təşkili həmin tələblər əsasında qurulur. Buna tələbyönümlülük deyilir. Bu
yanaşma isə azərbaycan təhsili üçün yenidir. Təklifyönümlü təhsil modelidən
imtina etməklə tələbyönümlü təhsil modelinə keçid şagirdlərin təkcə təlimə
deyil, həm də təlimə motivasiyası ilə şərtlənir. Demokratikləşmə həm də
məktəbin idarəedilməsi prosesində də özünü göstərir. Məlumdur ki, müasir dövrədək
məktəblərdə müxtəlif idarəetmə üslubları mövcud olub. Bunlara avtoritar, liberal
və demokratik üslubları göstərmək olar.
Məktəbin idarə olunmasında ən optimal və müvafiq üslub olaraq demokratik üslub kollegiallıqla təkbaşçılığın düzgün əlaqələndirilməsinə, qovuşmasına əsaslanır; ictimai təşkilatların, bütün kollektivin idarəedilməsi işlərində fəal iştirakını nəzərdə tutur və s.
Məktəbin idarə olunmasında ən optimal və müvafiq üslub olaraq demokratik üslub kollegiallıqla təkbaşçılığın düzgün əlaqələndirilməsinə, qovuşmasına əsaslanır; ictimai təşkilatların, bütün kollektivin idarəedilməsi işlərində fəal iştirakını nəzərdə tutur və s.
Müasir məktəbin yenidən qurulması sahəsində
müvəffəqiyyət qazanıb əla nəticələr gözləyiriksə, demokratikləşmənin bir
zərurət olduğunu bilməliyik, çünki insanın intellektual səviyyəsi, müstəqilliyə
can atması, yaradıcı fəaliyyətə meyli bunu tələb edir.
Təhsilin demokratikləşdirilməsi bütövlükdə cəmiyyətin demokratikləşdirilməsinə əsaslanır və üç istiqamətdə öz həllini tapır:
- . Təhsilin idarə edilməsində-təhsilin, təlim-tərbiyə prosesinin təşkili və həyata keçirilməsinə nəzarət və rəhbərlikdə;
- Təlim prosesinin təşkili və reallaşdırılmasında (tədris planlarında, proqram və dərsliklərdə, müəllim-şagird (tələbə) münasibətlərində, müəllimin ünsiyyəti və davranışında, takt və hökmlərində, qabiliyyətlərin nəzərə alınmasında və düzgün qiymətləndirilməsində, təlim prinsipləri və metodlarının məqsədyönlü seçilməsində, ayrı-ayrı fənlərin imkanlarının səmərəli istifadə edilməsində və s.);
- Tərbiyə prosesinin təşkili və tərbiyəvi tədbirlərin həyata keçirilməsində.
Həmin 3 istiqamət
eyni zamanda bir-birilə tamamlama vəhdətində nəzərdə tutulur.
Hazırda bütün dünyada təhsilin
demokratikləşdirilməsi və humanistləşdirilməsi ideyası yeni aktuallıq kəsb
etməkdədir. Onlar qarşılıqlı ünsiyyətin davranış mədəniyyətinin, qanunlara
hörmətin, cəsarət və tələbin, özünü və başqalarını dərkin, mənəvi rahatlığın, cəmiyyətdə,
fəaliyyətdə öz yerini daha düzgün tapa bilməyin məqsədyönlüyünü artırır, şəxsiyyətin
tamlıq keyfiyyətlərini formalaşdırır. Humanistləşdirmə ilə əlaqədar olaraq
problemin tədqiqi və təhlilində demokratikləşdirmə prinsipinin nəzərə alınması
qabarıq surətdə özünü göstərir. Belə ki, demokratik mövqe, iş üslubu olmadan
humanistləşdirməni reallaşdırmaq mümkün deyildir. Tarixi faktlar da bu yönümün
doğruluğunu təsdiq edir. Belə ki, demokratik baxışlar, ideyalar ilkinlik təşkil
etmiş, humanistləşdirməni doğurmuşdur. Bütün bunların doğulma mayasını
cəmiyyətdəki sinfi, silki ziddiyyətlər, fərqlər, süni qadağalar, Allahın eyni
nəzərlə baxdığı insana insanların müxtəlif nəzərlərlə baxması və digər sosial
ədalətsizliklər təşkil etmişdir. Cəmiyyəti bütövlükdə gözəlləşdirmək, təbiətin
və cəmiyyətin ahəngdarlığını qorumaq, insanı ali, şüurlu, yaradıcı, xeyirxah
varlıq səviyyəsində görmək istəyən qüdrətli bilici insanlar bu işin özülünü demokratik,
humanist prinsipli təlim və tərbiyəni özündə cəmləşdirən təhsildə görmüşlər.
Bütün səviyyələrdə, istər ictimai-siyasi, istərsə
də təhsildə demokratikləşmə aşağıdakılara əsaslanır:
- Demokratik dəyərlərin qəbul edilməsi və onlara hörmətə (azadlıq, məsuliyyət hissi, bərabərlik və həmrəylik, özünə və başqalarına hörmət və s.);
- Həm qərar qəbul etmədə, həm də aktiv iştirakda demokratik prinsip və prosedurların müşahidə edilməsi və inkişafına.
Qısaca, təhsildə demokratiya 2 əsas prinsipə
hörmət edilməsinə əsaslanır:
- Bərabərlik prinsipinə (bərabər hüquqların qəbul olunması, şəxsi ləyaqət və hörmət);
- İştirak prinsipinə (fıkirlərini ifadə etmək, seçim, təhsildə fəal və məsuliyyətli iştirak azadlığı[6]).
1.2 Problemin ədəbiyyatda qoyuluşu
Mövzunun böyük aktuallıq kəsb etdiyi müasir dövrdə
təhsilin demokratikləşdirilməsi məsələsinə müxtəlif baxışlar formalaşır. Təhsildə
demokratiyanın imkanlarından istifadə etmənin səmərəliliyi və ya
qeyri-səmərəliliyi, onun müsbət, yoxsa mənfi nəticələrə gətirib çıxartması və
s. ətrafındakı məsələlər daima araşdırılır, tədqiq və təhlil olunur.
Hələ Azərbaycan Demokratik Cümhuriyyəti dövründə
M.Ə.Rəsulzadə bu məsələyə ciddi yanaşırdı. Belə ki, onun məktəb, mədəniyyət, təhsil
haqqında fikirləri tədricən formalaşırdı və həmin məsələlər onun əməli fəaliyyətində və
əsərlərində geniş əksini tapmışdır. O, bu ideyanı irəli sürərkən ilk öncə
məktəbin, mədəniyyətin yaradıcısı olan xalqdan söz açır, doğma xalqının
varlığını tarixi inamlarla sübuta yetirirdi.
Onun təhsilin demokratikləşdirilməsi ideyasının əsasını, xalqın ədəbiyyatını, tarixini, mədəniyyətini dərindən öyrənmək və bu biliklərdən dünya mədəniyyətinə körpü salmaq təşkil edir.
Onun təhsilin demokratikləşdirilməsi ideyasının əsasını, xalqın ədəbiyyatını, tarixini, mədəniyyətini dərindən öyrənmək və bu biliklərdən dünya mədəniyyətinə körpü salmaq təşkil edir.
O, bu məsələdə mətbuatın, xüsusən qəzetlərin
roluna böyük əhəmiyyət verir və onlatın xidmətini xüsusi qeyd edirdi. Onun
fikrincə, türk mətbuatı məktəb, maarif, təhsil məsələlərinə geniş yer verərək
xalqın milli hisslərini oyadır, xalqı maarifə, təhsilə yiyələnməyə çağırırdı[7].
Mövzunun ədəbiyyatda məktəbin idarə olunmasında
demokratikləşmə məsələləri ilə bağlı nəzərdən keçirdikdə məlum olur ki, heç də
milli pedaqogikamızda məsələ qənaətbəxş şəkildə tədqiq olunmamışdır. Belə ki, məsələyə
müxtəlif baxışların formalaşması tədqiqat obyektinin bir istiqamətdə
araşdırılmasına mənfi təsirini göstərir. Məsələn, bir qrup pedaqoqlar (məs.Ə.Həşimov,
F.Sadıqov və s.) bu məsələnin xalq pedaqogikasının zəngin və həmişəcavan
ideyaları ilə, həmişəyaşar təcrübə və kodeksləri ilə lazımi şəkildə
silahlanaraq əməli fəaliyyətlərində həyata keçirilməsi, uşaqlarda ona sönməz
marağın doğurulması istiqamətində formalaşdırılmasmın tərəfdarları olub belə
hesab edirlər ki, belə olan halda nəcib insanlar yetişər, cəmiyyət
haramzadələrdən azad olar. Onlar inanırlar ki, indiki dövrdə təhsili, təlim-tərbiyəni
demokratikləşdirməyin, humanistləşdirməyin və ən əsası xəlqiləşdirməyin ən
mühüm yollarından biri onu əsrlərin sınağından çıxmış xalq təcrübəsi zəminində
qurmaqdır. Xalq tərbiyəsinin mütərəqqi ənənələrini canlandırmaq, bərpa etmək və
cəmiyyətin xidmətinə vermək dövrün tələbidir.
Elmi qüvvələrin birgə səyi ilə zəhmətkeş xalq
kütlələrinin təlim, təhsil və tərbiyə sahəsindəki mütərəqqi, humanist və
demokratik təcrübəsi, fikir və ideyaları ətraflı şəkildə toplanmalı, öyrənməli
və onun müasir ailə və məktəb təcrübəsinə tətbiq olunmasının səmərəli yolları
müəyyənləşdirilməlidir. Bu işlə məşğul olarkən,
- Xalqın qabaqcıl və demokratik ideallarına uyğun hərəkət etmək, ümumbəşəri dəyərlərə üstünlük vermək;
- Təlim,tərbiyə və təhsil məsələlərində milli və ümumbəşəri mənafeləri ahəngdar əlaqədə götütmək;
- Fasiləsiz təhsil və tərbiyə sistemində xalq pedaqogikası ilə akademik pedaqogikanın varisliyini, həmçinin gələcəyin pedaqogikasını yaratmaq işində ənənə ilə yeniliyin dialektik vəhdətini təmin etmək;
- Mütərəqqi milli pedaqoji ənənələri hasaba olmaqla gənc nəsli həyata və əməyə hazırlamaq kimi prinsiplər əsas götürülməlidir.
Digər qrup pedaqoqlar (Ş. Əsgərov və s.) isə
məsələyə əsasən təhsilin idarəedilməsi və təhsildə azad seçimlərin təmini
prizmasından yanaşırlar.Belə ki, müəllimlərin seçildiyi halda orta məktəb
direktorunun və ali məktəb rektorunun təyin olunması özü-özlüyündə demokratik
prinsipləri pozur və əksər hallarda, məktəb və universitetlərdə xoşagəlməyən, neqativ
halların yaranmasına gətirib çıxarır. Çünki, onlar seçilmədiklərinə görə daha
çox onu vəzifəyə təyin edən şəxsin qarşısında məsuliyyət daşıyır və ondan asılı
vəziyyətə düşür. Müəllimlərin isə fikir və ideyalarına bir çox hallarda
əhəmiyyət vermirlər. Bu kimi neqativ hallar məktəbdə anti-demokratik atmosferin
formalaşmasını qaçılmaz edir.
- Təhsilin idarəedilməsində demokratikləşmə bütövlükdə cəmiyyətin demokratikləşdirilməsinə əsaslanır və aşağıdakıları tələb edir.
- Yuxarı idarəetmə orqanlarının funksiyası aşağıdakılara verilsin;
- Müəllim,şagird və valideynləri təmsil edən demokratik orqanların hərtərəfli gücləndirilməsi hesabına məktəb özünüidarə sisteminə keçsin;
- Məktəbin iqtisadi, maliyyə müstəqilliyi və qismən özünümaliyyələşdirilməsinə imkan verilsin;
- Anti-demokratik hallar aradan qaldırılsın və s.
Bütün bu və digər amilləri nəzərə alan F.B. Sadıqov
göstərir ki, ölkədə həyata keçirilməkdə olan təhsil islahatları hər şeydən
əvvəl pedaqogikanın bütün sahələrinin dünya standartları səviyyəsində
qurulmasını tələb edir. İstər təhsil islahatı proqramında, istər təhsil
konsepsiyası ilə bağlı materiallarda, istərsə də yeni təhsil qanunu məktəb və
pedoqoji fikir tarixinə, müasir Azərbaycan pedoqoji fikrinə və ən ümdəsi çağdaş
dünyamızda baş verən yeniliklərə istinad etməklə yetişən nəslin dünyagörüşünün
formalaşdırılması vacib şərtlərdən hesab olunur.
Göstərilən sənədlərdə təhsilin
humanistləşdirilməsi, humanitarlaşdırılması və demokratikləşdirilməsi ən zəruri
amil kimi tövsiyə olunur. Bunun üçün isə ölkəmizdə baş verən təhsil prosesini
çağdaş dünyamızdakı təhsil prosesi ilə müqayisə etmədən uğur qazanmaq mümkün
olmadığını göstərən müəllif göstərir ki, beynəlxalq müqayisələrin aparılmasına
ehtiyac var və onların nəticələrindən doğan yeniliklərin öz təhsilimizə də
tətbiqi məqsədəuyğun və perspektivli olar1.
Eyni zamanda, F.B.Sadıqov isbat etməyə çalışır
ki, bu problem xarici dil müəllimlərinin praktik hazırlığında da özünü göstərən
qüsurlarla da bağlıdır. Bu mənada, müasir dövrdə xarici dil müəllim
hazırlığının praktik məzmunun ictimai əsaslarla yaxşılaşdırılmasına daha çox
ehtiyac duyulur. Mövcud nöqsanlar orta ümumtəhsil məktəblərindən irəli gəlir.
- məktəblərdə əksər hallarda qrupların bölünməsi təcrübəçi tələbələrin hazırlanması işini çətinləşdirir;
- audio vasitələrdən ya az istifadə olunur, ya da heç istifadə olunmur;
- vizual vasitələrin tətbiqində çətinlik çəkən məktəblərdə təcrübəçi tələbələrin hazırlanması üçün lazımi şərait yaradılmır[8].
Demoratik prinsiplərin geniş tətbiq edildiyi bir
dövrdə problemin tarixinə nəzər salmaq maraqlı olardı. Belə ki, dünya təhsili
tarixində ilk təhsili demokratikləşdirilmiş ən qədim məktəb İngiltərədəki
Summerhill məktəbidir. Məktəbin əsası 1921-ci ildə A.S.Nell tərəfindən qoyulmuşdur
və həmin məktəb hal-hazırda da fəaliyyət göstərir. Özəl məktəb olub ictimai
fondlara malik bir təhsil kompleksidir. Məktəbin əsas istiqaməti demokratik
prinsiplər və şagird və müəllimlərin tam və bərabər iştirakıdır.
Bu kimi məktəblərə ABŞ-dakı tanınmış Subdury
Valley, The Circle, Albany Free və s. məktəbləri göstərmək olar. Son
dövrlərədək dünyada ən azı 100-dək belə məktəblər formalaşıb fəaliyyət göstərmişlər. ABŞ-da, Böyük Britaniyada,
Avstraliyada, Kanadada, İsraildə, Rusiyada və s. inkişaf etmiş ölkələrdə bu
kimi məktəblər mövcuddur[9].
1.3 Problemin məktəb təcrübəsində qoyuluşu
Müasir və qloballaşan dövrdə təhsilin
demokratikləşdirilməsi, demək olar ki, Azərbaycanın bütün orta və ali təhsil
ocaqlarında mövcud olub sistem təşkil edir. l999-cu il, 15 iyun tarixli, “Təhsil
haqqında Azərbaycan Respublikası qanunu” təhsilin demokratikləşdirilməsi
prinsipini də özündə ehtiva edərək, ümumilikdə təhsil sisteminin
təkmilləşdirilməsinə yönəlir və onu dünya standartları səviyyəsinə çatdırılması
məramını qarşısına qoyur.Bu mənada,qeyd etməliyik ki,problemin məktəb
təcrübəsində qoyuluşunun tədqiqi diqqəti cəlb edən məsələlərdəndir.
Həmin qanuna əsaslanan “Təhsil sahəsində İslahat
Proqramının” əsas prinsip və tələbləri baxımından təhsil alanın (şagirdlərin,tələbələrin)
prosesin subyektinə çevrilməsi və prosesdə iştirak edən bütün qurumların
fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında
birləşdirir.
Kurikulum siniflərində İKT-nin verdiyi
imkanlardan istifadə etməklə təhsilin demokratikləşdirilməsi ilə bağlı təcrübə
və dərslərdə tətbiq edilən üsul və metodlar müasirliyi və mütərəqqiliyi ilə
səciyyələnir:
“Milli ideologiyası, milli metodologiyası
indi-indi formalaşmış, qanunlarla möhkəmləndirilməmiş bir cəmiyyətdə fənlərin
məzmununun hansı prinsiplər əsasında seçildiyi tam aydınlığı ilə məlum
olmadığından bəzən müəllim səthi fılosofluqdan uzağa gedə bilmir. Xüsusilə də, demokratik
cəmiyyət, demokratik qanunlar anlamını açmaq və şərh etməkdə paradoksal
məqamların əsasında dərin ümumiləşdirmələr aparmaq çox da asan olmur”[10].
Uzunillik müəllim təcrübəsindən hasil edilən
qənaətə görə, bu gün gənclərə verilən sərbəstlik, öz fikrini azad şəkildə ifadə
etmək imkanları sadəcə tarixin yaratdığı qiymətli bir şansdır və bundan
bəhrələnmək lazımdır. Gənclərin hüquq və azadlıqlarını qoruyan və təbliğ edən
materialların məzmununun öyrənilməsi də buna geniş imkanlar açır. Dünyada insan
haqlarının aparıcı prinsiplərdən birinə çevrilməsi ilə yeni-yeni mütərəqqi
ideyalar qırmızı xətlə keçir. Gəncləri azadfıkirliliyə,sərbəstliyə alışdırmağın
fəlsəfəsi milli şüurun məna və məzmununun dərk edilməsindən başlayır.
Bu istiqamətdə isə İsmayıllı məktəblərində,
həmçinin çalışdığım Basqal qəsəbə tam orta məktəbinin fəaliyyəti müsbət
qiymətləndirilməlidir. İngilis dilinin tədrisində təhsilin
demokratikləşdirilməsi, humanistləşdirilməsi və s. prinsiplər üzrə dərslərin
qurulmasında müasir interaktiv təlim metodlarından (İTM) geniş istifadə edilir.
Vaxtilə mərhum akademik M.Mehdizadə müasir dərs
haqqında fıkrlərinin belə ifadə etmişdir: "Təlimin təşkilində yeni
qeyri-ənənəvi interaktiv, inkişafetdirici, diskussiya, rollu oyunlar və
s.müasir təlim metodları tətbiq olunan dərslər müasir dərslərdir və demək olar
ki, bütünlükdə savad təlimi deyil, fərdin formalaşmasıdır. İnteraktiv təlim də
şəxsiyyətin formalaşmasına xidmət edir və onun demokratik ruhda formalaşmasını
təmin edir"[11].
“İnteraktiv” - “integer” sözündən olub “tam”, “bütöv”
deməkdir. Yəni hər hansı bir fikrin digər fikirlərlə bağlı, ifadəli, uzlaşmış
şəkildə qarşılıqlı öyrənilməsi nəzərdə tutulur. Bu metoddan istifadə edən
xarici dil müəllimləri özləri hərtərəfli biliyə malik olmalı, eyni zamanda öz
üzərlərində çox işləməli və işlərinə yaradıcı yanaşmalıdırlar. Bu metoddan
istifadə etmək istəyən xarici dil müəllimləri iş zamanı sərbəst olaraq
müəyyənləşdirməlidir ki, hansı dərsin tədrisində hansı təlim metoduna müraciət
etsə yaxşı nəticəyə nail ola bilərlər. Bütün bu hallar interaktiv təlimdə öz
əksini tapır. YUNESKO təşkilatı təhsilin keyfiyyətini belə istiqamətləndirir: XXI
əsri “Təhsil əsri”, “’İntellekt əsri” elan etməli. Sözsüz ki, bu kimi işlər
xarici dil müəllimlərini İTM-dan geniş şəkildə bəhrələnməyə məcbur edir[12].
Ali məktəbdə təhsil prakrikasında olduğum 20 saylı
məktəb-liseydə də bu metodların zənginliyindən geniş şəkildə istifadə edərək
şagirdlərdə aşağıdakı elmi və mədəni keyfiyyətləri təmin edilirdi:
- Müstəqil düşünmək, sərbəst fikir söyləmək;
- Özünü qiymətləndirmək;
- Öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti;
- Əməkdaşlıq etmək (başqaları ilə işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi);
- Başqalarını dinləmək, müxtəlif fikirlərə hörmət etmək və dözümlü olmaq;
- Öz fikirlərini arqumentlərlə sübut və izah etmək;
- Birgə həll yollarını müəyyən etmək və qərar çıxartmaq və s.
İTM-nın tətbiqi zamanı şagirdlərin psixi
xüsusiyyətləri - duyğusu, qavrayışı, qabiliyyəti, meyl və maraqları inkişaf
edir. Milli zəmində, vətənpərvərlik ruhunda tərbiyə imkanları genişlənir. İTM-ı
üçün aşağıdakılar səciyyəvidir:
- Şagirdin aktiv fəaliyyəti;
- Müəllimin şagirdlə və şagidlərarası əməkdaşlığı;
- Didaktik, rollu oyunlarda isifadə olunması;
- İşgüzar fəaliyyətin təmin olunması üçün sosial bərabərliyin və psixoloji şəraitin yaradılması;
- Müəllim bilik xəzinəsi rolunu yox, biliklərin axtarılması və cəlb edilməsi, tədqiqatın aparıcısı rolunu ifa etməlidir.
Məktəbdə İTM-dən istifadə edən xarici dil
müəllimləri nəzəri materialların öyrənilməsində, şagirdlərdə fəal diqqətin
tərbiyə edilməsində kollektiv-frontal, yeni materialın möhkəmləndirilməsində
isə fərdi müstəqil iş formalarından geniş şəkildə istifadə edirlər.
Xarici dil müəllimləri unutmamalıdırlar ki, xarici
dillərin öyrənilməsi zamanı yeni anlayışları daxil etmək, çalışmalar yerinə
yetirmək, keçilmiş materialı möhkəmləndirmək, keçilənləri ümumiləşdirmək və s. işlərdən
asılı olaraq, təkrarın növlərindən(ümumiləşdirici, tematik, illik və s.) vaxtlı-vaxtında
istifadə etməklə şagirdlərdə xarici dilə marağı artırıb inkişaf etdirə
bilərlər. Müasir dərs ənənələri dərsin rasional “toxumlarını” inkar etmir, amma
dərsə nisbətən məzmun və formaca, metod və vasitələrlə daha çox zəngindir. Təşkili
və keçirilməsi cəhətdən isə xeyli mürəkkəbdir. İTM dərsdə şagirdlərin, dərsəqədər
hazırlıq prosesində isə müəllimin fəallığını tələb edir.
Təcrübə göstərir ki, uşağın, şagirdin şəxsiyyət
olduğunu nəzərə almayan, onu qeyd-şərtsiz təlim-tərbiyə prosesinin
bərabərhüquqlu subyekti kimi qəbul etməyən təhsil sistemi müasir, mütərəqqi
hesab oluna bilməz. Şagirdlərə münasibətdə ayrıseçkilik aradan qaldırılmalı, onların
baxışlarını,rəylərini sərbəst və azad ifadə etmək, məlumat almaq, ideyalar
vermək, sağlamlığına, təhsilinə və s. üçün təhlükə törədə biləcək fəaliyyətdən,
kobud rəftardan və s neqativ hallardan qorunmaq, hüquqların qorunmasına nail
olmaq bütün müəllimlərin, təhsildə olanların əsas vəzifəsidir. Eyni zamanda
unutmayaq ki, şagirdin özünəməxsus dünyası, dünyagörüşü, zəngin, emosional
aləmi, həyata, təbiətə, insanlara baxışı, meylləri, qabiliyyətləri vardır. O da
ətrafındakı böyüklər, ata-anası, müəllimi kimi bir şəxsiyyətdir və hamı
tərəfindən şəxsiyyət kimi qəbul olunmalıdır. Bu gün qarşımızda duran ən çətin
problemlərdən biridir[13].
Məktəbin təcrübəsi göstərir ki, dərs prosesində
yeni demokratik düşüncə tərzi olan azadfıkirlilik və sərbəstlik vərdişlərinin
formalaşdırılmasında bədii əsərlərdən keçiləndən sonra (tutaq ki, ədəbiyyat və
xarici dil dərslərində) yazdırılan inşa yazıların tərbiyəvi təsir imkanlarını
üzə çıxaran təhlil-tərkib işinin təşkili metodikası üzrə iş aparmaqdan asılı
olan məsələlərin də çox böyük rolu var. Bu zaman dərsin xüsusiyyətindən və
seçilən mövzunun uyğunluğundan bilavasitə asılı olaraq disput və müzakirə
xarakterli gecələrin, ədəbi-bədii yazıların ilkin müsabiqəsinin təşkili daha
səmərəli nəticələr verə bilər.
Məktəbdə dərslərin demokratiyanın ən mühüm
elementi olan debat şəklində qurulması dərsin zənginliyini daha da artırır və
şagirdlərdə demokratik ruhun formalaşmasından xəbər verir.
Debat, əsasən, 3 prinsip üzərində qurulub.
1.
Dünyagörüşünün
artırılması - əsas hədəf tədrisdir, başqa
sözlə, tədris daha böyük əhəmiyyət kəsb edir, nəinki qələbə. Ona görə də, əgər
şagird debatda qələbə naminə çalışırsa, onda qarşısına düzgün məqsəd qoymayıb;
2. Düzgünlük - debatın əsasıdır,
çünki, biz həmişə həqiqəti bilmək istəyirik. Bu prinsipə riayət edilməsi dərs
zamanı elmi müddəaların da dərindən mənimsənilməsinə səbəb olur. Belə ki, hər
bir məlumatı dəqiq öyrənən şagird müəyyən bir fənnin, elmin öyrənilməsində də
həqiqətə istinad etməyə çalışar;
3. Hörmət - debat
zamanı şagirdlərin şəxsiyyətinin toxunulmazlığını təmin edir. Əgər bir şagird
digəri ilə razı deyilsə, buna görə onu alçaltmaq olmaz. Bu prinsip onlarda
fikri dinləmək və hörmət hissini formalaşdırır.
Beləliklə, debatlar şagirdlərin təfəkkürünü, dünyagörüşünü,
mübahisə mədəniyyətini, kollektivçiliyi, şagird-müəllim əməkdaşlığını, şagirdin
təlim-tərbiyə prosesində tam və bərabərhüquqlu subyektə çevrilməsini təmin edən
demokratik metodlardan biridir[14].
II FƏSİL
TƏLİM PROSESİNDƏ VƏ DƏRSDƏNKƏNAR MƏŞĞƏLƏLƏRDƏ
TƏHSİLİN DEMOKRATİKLƏŞDİRİLMƏSİNİN REALLAŞDIRILMASI
2.1 İngilis dili dərslərində təhsilin
demokratikləşdirilməsi
prinsipinin nəzərə alınması və praktik əsasları.
prinsipinin nəzərə alınması və praktik əsasları.
Ölkəmizin ümumtəhsil, peşə, orta ixtisas və ali məktəblərinin tədris planlarında ixtisas fənləri ilə yanaşı olaraq, xarici dillərin öyrənilməsinə də xüsusi yer verilir. Odur ki, xarici dillərin tədrisi prosesində əsasən 3-4 dilə üstünlük verilir.Məsələn, ingilis dili, fransız dili, alman dili, ispan dili və s. Universitetlərimizdə isə, bir sıra digər dillər üzrə də tədris aparılır, xüsusən Azərbaycan Dillər Universitetində, Bakı Dövlət Universitetində böyük dilçi kadrlar yetişdirilir. (italyan, ivrit, koreya və s.)
İstər orta, istərsə də ali məktəblərdə təhsilin
demokratikləşdirilməsi prinsipinin nəzərə alınması milli təhsil siyasətinin
prinsiplərinə riayət olunması, təhsilimizin humanist və demokratik əsaslarla
qurulması baxımından çox önəm daşıyır. Hazırkı təhsil sisteminin milli ingilis
dili dərsliklərində təhsilin demokratikləşdirilməsi prinsipi ilə uyğunlaşan
mövzuların azlıq təşkil etməsi, eyni zamanda onlann əksər hallarda aktual
mövzuları əhatə etməməsi müəllimlərin bu istiqamətdə işlərinə qismən təsir
edir. Son illər, bu istiqamətdə müsbət işlər görülür ki, bu da kurikulum
siniflərində özünü müsbət tərəfdən göstərir.
Məlumdur ki, dilöyrənmənin bütün mərhələlərində
xarici dilin tədrisi prosesində dərslərdə kompleks tədris üsulundan (əlifba təlimi,
fonetika, orfoepiya, transkripsiya, orfoqrafıya, leksika və yeri gəldikcə, qrammatika
məsələlərinin şərh edilməsindən), başlıca olaraq, hazırlıq, leksik və nitq
çalışmalarından, həmçinin əyani və texniki vasitələrdən istifadə edilməlidir. Bütün
bu və digər məsələlərlə metodika məşğul olur və göstərir ki, hər bir fənnin
öyrədilməsi müəyyən, çoxsahəli metodlara əsaslanır. İngilis dilinin də
öyrədilmısində isə son 25 ildə tətbiq olunan problemli təlim, inkişafetdirici
təlim, kollektiv təlim metodlarından başqa, müasir və əlverişli interaktiv
təlim metodlarından istifadə edilməsi məqsədə uyğundur. Çünki, fəal
(interaktiv) təlim metodları birbaşa şagirdin təfəkürünün inkişafına səbəb olur
və onu demokratik ruhda təhsil almasını təmin edir. Bu məqsədlə, milli təhsil
sistemimizdə tətbiq olunduğu kimi, beynəlxalq miqyasda istifadə olunan ən uyğun
və produktiv təlim metodu kimi cütlərlə və qruplarla
iş qurulur. Ona görə ki, bu iş forması şagirdlərin məşğələ prosesinə daha fəal
cəlb olunmasına əsaslı zəmin yaradır.
Bu istiqamətdə qurulmuş ingilis dili dərsləri
daha maraqlı və perspektivli olur. Aşağı Cülyan kənd tam orta məktəbin IXa
sinfində müəllim Şərafət Bayramovun tərəfindən qurulmuş dərs bu baxımdan
diqqətəlayiq və maraqlı keçmişdi.
İlk əvvəl, müəllim cütlərlə iş üsulunun ən sadə
forması olan çalışmalar etdirməkdən başladı. Bu fəaliyyət növünü həyata
keçirərkən şagirdlərə “bu tapşırığı parta yoldaşınla birlikdə fikirləşərək
edin” əmrini verdi. Şagirdlər ən maraqsız çalışma üzərində birlikdi işləyəndə
belə onlarda maraq, həvəs yaranır və bu onları çox asanlıqla ingiliscə
danışmağa sövq edir. Dərs boyu böyük maraqla tapşırıq həll edildi. Müəllim
nəticələri yığandan sonra qarışıq payladı və “səhvləri düzəldin” əmrini verdi, bu
onlarda çoxsaylı müzakirələrə və fikir müxtəlifliyinə gətirib çıxartdı və
marağı daha da artırdı. Müəllim şagirdlərin tam sərbəstliyini təmin etmişdi və
onların azad fikir yürütmələri üçün əlində olan mümkün imkanlardan istifadə edirdi.
Tapşırıqların yoxlanılmasından sonra, dərsin
mövzusunun ətrafında söhbətlər aparıldı. Özünün
nəzarətçi rolunu oynadığı bu üsulda müəllim daha sonra aşağıdakı tipli
məsələlərin həllində şagirdlərə yardımçı oldu:
- Kiçik informasiyalı söhbətlərdə;
- Müxtəlif rol oynamalarında;
- Müxtəlif oyunların tətbiqində və s.
Dərsin ortalarında müəllim artıq ötən dərsdə
keçilmiş və möhkəmləndirilmiş “İslam Mədəniyyəti” (Islamic Art) adlı mətninin
soruşulmasına başladı, yenə şagirdlər aktiv və hazır idilər. Dərsin gedişində
müəllim şagirdlərin aktiv iştirakını təmin etməklə yanaşı onlara geniş
sərbəstlik,azad düşünmə şəraiti yaradırdı. Dərs danışan şarigdlər üçün müəllim
aşağıdakı sualların ətrafında onların fikirlərini bilmək, diskussiya yaratmaq
və onların bu istiqamətdə hansı dünyagörüşünə malik olmalarını üzə çıxartmaq
niyyətində idi:
- Ümumiyyətlə, İslamda hansı mədəni dəyərlər üstünlük təşkil edir?
- İslam Mədəniyyətinin dünya mədəniyyətinə təsiri nə oldu?
- Quranda hansı dəyərlərə riayət olunması daha vacibdir?
- Azərbaycan məktəblərində dini təhsili vacib sayırsınız və o bizə nə verəcək?
- İslamda hamının bərabərliyi var idimi?
Bu və digər suallar ətrafında müəllimin apardığı
söhbətlərin şagirdlərə müxtəlif təsiri özünü verilən cavablarda göstərirdi. Belə
ki, onların cavabları yarı dəqiq, yarı fərziyyə olmasına baxmayaraq, bəzilərinin
çıxışlarında həqiqət daha çox özünü göstərirdi. Məsələn, 5-ci suala cavablarda çox maraqlı məqamlar
özünü qadınlara olan, heç də birmənalı olmayan münasibətlərin müxtəlifliyi ilə bağlı
faktlarda tapdı. Şagirdlərin çoxu hələ də çadralı qadınların tam hüquqlarının
olmamasından narazı olub qeyd edirdilər ki, onların şəxsiyyət vəsiqəsi ilə
təmin olunmalarında hələ də problemlər mövcuddur.
3-cü
və 4-cü suallar ətrafında gedən müzakirələrin yekun nəticəsinə əsaslanaraq qeyd
etmək lazımdır ki, şagirdlərin çoxu aşağıdakı 3 əmələ riayət edilməsini daha
vacib sayırdılar:
- Düzlük, doğruluq və sədaqət;
- Anaya və Vətənə məhəbbət;
- Qarşılıqlı hörmət.
4-cü
suallara cavablar isə aşağıdakı fikirləri özündə
cəmləşdirir:
Bəziləri hesab edirlər ki, dinin dövlətdən ayrı
olmasını nəzərə alaraq onun məktəblərdə tədrisinə icazə vermək olmaz. Bu isə
bəzi insanların,bu istiqamətdə təhsil almaq istəyən şagirdlərin dini təhsil hüququnu
heçə endirir,qeyri-bərabər təhsilin yaranması üçün əsaslı zəmin yaradır. Digərləri
isə,əksinə olaraq bunu tam mümkün sayaraq tətbiq olunmasının vacibliyini isbat
etməyə çalışırdılar.
Yaranmış sağlam dərs şəraitindən məharətlə
istifadə edərək sinfin əksər şagirdləri keçilmiş dərsdən nəsə yeni məlumat
götürdüklərindən, dünyagörüşlərinin artmasından arxayınlaşmayaraq mövzudan
kənara çıxıb müəllimə suallar vermələri onların sərbəstliklərini bir qədər də
artırırdı. Onların arasında diqqətçəkən məqamlar aşağıdakılardan ibarətdir:
Dağlıq Qarabağ probleminin həlli istiqamətdə
görülən işlər;
Öz gələcək həyatlarının necə və hansı
istiqamətdə qurulması ətrafında olan məsələlər;
Azərbaycanın gələcək həyatının uğurları və
neftimiz və s.
İlin
müəllimi adını, Elektron Təhsil müsabiqəsini qazanmış bir müəllim kimi Şərafət
müəllimin dərsi demokratik dəyərlər baxımında zəngin və faydalı keçmişdir.
2.2
Dərsdənkənar tədbirlərdə təhsilin demokratikləşdirilməsinin
nəzəri və praktik əsasları
nəzəri və praktik əsasları
Müasir təhsil sistemində, eyni zamanda dərsdənkənar
təhsildə də təhsilin demokratikləşdirilməsi istiqamətində xeyli addımlar atılır
və öyrənilmiş təcrübələr geniş tətbiq olunur. Məsələyə
nəzər salmazdan əvvəl dərsdənkənar təhsilin araşdırılması məsələnin daha tez
aydınlaşmasına kömək edər. Bu səbəbdən onun geniş şəkildə araşdırılmasını bir
zərurət kimi qəbul etməli və çalışmalıyıq.
Bəzi mənbələrdə eyniləşdirmələlər edilmiş və
sinifdə-xaric oxu, dərsdənkənar və s. işlədilmişdir. Həmin məfhumların oxşar və
fərqli cəhətlərini nəzərə alaraq milli pedaqogika onlara belə bir tərif verir: “Keçirildiyi yerdən asılı olmayaraq dərsdən
əvvəl və ya sonra məktəbin təşkil etdiyi bütün məqsədyönlü, planlı və
mütəşəkkil tədbirlərə dərsdənkənar təlim-tərbiyə işi deyilir”. Eyni zamanda
məktəbdənkənar təlim-tərbiyə müəssisəsinin təşkil etdiyi bütün tədbirlər
məktəbdənkənar tərbiyə işidir[15].
Bütün bu proseslər özünü təhsil məsələlərində də
göstərir, belə ki şagirdlərin könüllü müxtəlif fənn dərnəklərinə və s.
qatılması bunun əsas təzahürüdür. Dərsdənkənar təhsil aşağıdakı prinsiplərə
əsaslanır:
- humanistləşdirmə;
- ümumbəşəri və milli dəyərlərin vəhdəti;
- demokratikləşmə;
- müstəqillik və şəxsi fəallıq;
- tərbiyə etmə və s[16].
Dərsdənkənar fəaliyyət müntəzəm məktəb
kurrikulumu olmayan və şagirdlərin könüllü şəkildə qatıldığı fəaliyyətdir. Bu, ümumiyyətlə,
şagirdlərin ehtiyac və maraqlarına əsaslanaraq xüsusi maraq
qruplarının, idman komandalarının və sinif işlərini özündə cəmləşdirən
qurumların formalaşmasını tələb edir. Bütün fəaliyyətlər onların iştiral və
liderlik keyfiyyətlərinin inkişaf etdirilməsini nəzərdə tutur. Bütün məktəb
qayda və qanunları dərsdənkənar təhsil dövründə də qüvvədə olur[17].
Göründüyü kimi dərsdənkənar təhsilin əsas
prinsiplərindən biri də onun demokratikləşdirilməsidir. Milli təhsil sisteminin
ayrılmaz hissəsi kimi o şagirdlərin dərsdənkənar fəaliyyətinin düzgün
istiqamətdə qurulmasını təmin edən amillərdən biridir. Onun planlı, məqsədyönlü
və mütəşəkkil qurulması isə onun keyfiyyət göstəricisinin inamlı dərəcədə
artmasına xidmət edir.
NƏTİCƏ
Beləliklə, tədqiqat işinin mövzusu xarici dil
dərslərində təhsilin demokratikləşrilməsidir və bu Azərbaycan Respublikasının
Təhsil sahəsində başlıca dövlət prinsiplərindən biri kimi çıxış edir. Təhsilin demokratikləşdirilməsinin prinsipləri
isə aşağıdakı istiqamətlərdə reallaşdırılır:
- Dövlət təlim-tərbiyə müəsisələrində şagird və ya tələbə özünüidarələri yaradılır;
- Onlar özlərinə aid olan məsələləri müzakirə edirlər;
- Təlim-tərbiyə müəssisələrində təhsil işlərinin idarə olunmasında ictimai qurumlar iştirak edir;
- Rayon, şəhər və respublika miqyasında təhsil orqanları yanında təhsillə əlaqəsi olan tərəflərin nümayəndələri müvafiq qurumların tərkibinə daxil edilir və s.
Onun başlıca prinsiplərinə isə aşağıdakıları aid
etmək olar:
- Bərabərlik prinsipi (bərabər hüquqların qəbul olunması, şəxsi ləyaqət və hörmət);
- İştirak prinsipi (fıkirlərini ifadə etmək, seçim, təhsildə fəal və məsuliyyətli iştirak azadlığı)
Bütün bu və digər prinsiplər təhsilin demokratikləşdirilməsinə
istiqamətləndirildiyi halda, təhsilin keyfiyyəti artır və dünya standatlarına
çatır. Bütünlükdə, bu Azərbaycan təhsil sisteminin daha da inkişaf etməsinə
səbəb olacaq.
[2]
B.Əhmədov,A.Rzayev-Pedaqogikadan Müzahirə Konspektləri,Maarif-1983,səh.87
[3]
B.Əhmədov,A.Rzayev-Pedaqogikadan Müzahirə Konspektləri,Maarif-1983,səh.94
[4] N.Kazımov.Məktəb
Pedaqogikası-2005,səh. 101-104
[5]IFES-USAID, Şagird
Fəaliyyətinin Komitələri (təlim modulları toplusu), səh.3
[12] Poliqlot qəzeti-2006,N-07-08,səh.9
[17]
http://www.sbo.poquoson.k12.va.us/conductcode/extracurricular.html
Subscribe to:
Comments (Atom)